• White City Business Center, 3rd floor, 8 November 25e Avenue, AZ1025, Baku
  • Bazar ertəsi - Cümə: 09:00 - 18:00
  • +994 50 250 44 32

Quru Yolu Daşınmaları

Quru Yolu Daşınmaları

“Quru yolu ilə daşınma nədir?” sualın cavabı budur ki, məhsullar götürüldüyü yerlə təhvil verildiyi yer arasında heç bir köçürmə tələb olunmadan müvafiq nəqliyyat vasitələri ilə müəyyən edilmiş vaxt çərçivəsində təyinat məntəqəsinə çatdırılır. Quru yolu ilə daşınma xidmətlərində milli və beynəlxalq qaydalar, gömrük mərkəzləri və qaydaları, alternativ yollar və terminallar mühüm əhəmiyyət kəsb edir. Quru yolu daşınması zaman məhsul və bağlamalar göndərici ilə alıcı arasında protokol tərtib edilərək müvafiq ünvana çatdırılır.

Quru yolu yük daşınmaları xidmətlərimizə: yüklərin yığılması və sinxron qaydada yerləşdirilməsi (JIT), LTL, FTL və toplu yüklərin daşınması, gömrük rəsmiləşdirilməsi və gömrük müşayiət xidməti, layihə yüklərinin xüsusi nəqli, təhlükəli və tez xarab olan malların daşınması, müqavilə əsasında logistika xidməti, satınalma, qlobal sistem vasitəsilə yük hərəkərinin izlənməsi və s. aiddir.

“SG Logistics”-lə bu xidmətin aşağıdakı üstünlüklərini sizə təqdim edirik:

  • 1 - Az Büdcəli
    Hava nəqliyyatı ilə müqayisədə quru yolu ilə daşınmanın dəyəri daha aşağıdır. Daşınan məhsulların hər hansı zədələnmə, aşınma və ya itmə ehtimalına qarşı sığorta ilə təmin edilir. Bu logistika növü zamanı məhsulun yüklənməsi və boşaldılması çox vaxt aparan proses deyildir.
  • 2 - Tez və Dəqiq
    Quru yolu daşınma növü ilə məhsulunuzu uzaq nöqtələrə göndərmək mümkündür. Bu növ daşınmanın üstünlüklərini saymaqla bitməz. İstədiyiniz zaman məhsulunuz üçün uyğun təyinat nöqtəsi tapmaq imkanınız var. Sizin sifarişinizin həcmindən asılı olmayaraq çatdırılmalar tez və vaxtında baş tutur.
  • 3 - Asan və Etibarlı
    Daşınma zamanı nəqliyyat gözləmək kimi vaxt itkiləri quru yolu ilə daşınma növündə mövcud deyil. Dəmiryolu daşınma zamanı maşinistə zəng edə bilməzsiniz, ancaq bu logistika növündə sürücü ilə şəxsən əlaqə saxlaya bilərsiniz.

Quru yolu daşınmaları zamanı keçdiyimiz mərhələlər aşağıdakı kimidir:

Planlama:

İlk növbədə quru yolu ilə daşınacaq məhsullar və aviaşirkətlər arasında danışıqlar aparılır, bunun üçün lazım olan bütün məlumatlar toplanır və plan üzrə hərəkətə başlanılır. Bu məlumatlara daşınacaq yükün növü, çəkisi, ölçüləri, vaxt qrafiki və təyinatı kimi məlumatlar daxildir.

Qablaşdırma:

Yük quru yol nəqliyyatı üçün lazımi qaydada qablaşdırılır. Bu, yükün zədələnməməsi üçün vacibdir. Həmçinin, bu proseslərə yükün gömrük bəyannaməsinin doldurulması, gömrük rüsumlarının ödənilməsi və yükün gömrük tərəfindən yoxlanılması daxildir.

Təslimat:

Yük təhlükəsiz şəkildə yüklənib aviaşirkətə göndərilir və aviaşirkətin müəyyən etdiyi marşrut üzrə quru yol ilə hərəkət etdirilir. Yük təyinat yerinə çatdıqdan sonra alıcı tərəfindən götürülür.