Dəniz yük daşınma xidmətlərimizə aşağıdakılar daxildir:
Dəniz yolu ilə daşınma növünə yüklərin və ya bağlamaların dəniz yolu ilə hərəkətinin planlaşdırılması və idarə edilməsi prosesi aid edilir. Buraya xammal və hazır məhsulların daşınması, liman əməliyyatları, yüklərin daşınması və göndərmə məntəqələrinin təşkili kimi fəaliyyətlər daxildir. Dəniz logistikası beynəlxalq ticarətin mühüm tərkib hissəsidir, çünki qlobal ticarətin əksəriyyəti dəniz yolu ilə həyata keçirilir. Bu, həm də bir çox müəssisələrin eləcə də “SG Logistic”-in təchizat zəncirin əsas qoludur, çünki malların uzun məsafələrə səmərəli daşınmasına imkan verən ən etibarlı növlərdən biridir.
Hava yolu daşınmaları zamanı keçdiyimiz mərhələlər aşağıdakı kimidir:
İlk növbədə dəniz yolu ilə daşınacaq məhsul növləri müəyyənləşdirilir və lazım olan bütün məlumatlar toplanılır və planın icrasına başlanılır. Bu məlumatlara daşınacaq yükün növü, çəkisi, ölçüləri, vaxt qrafiki və təyinatı kimi məlumatlar daxildir.
Yük dəniz nəqliyyatı üçün lazımi qaydada qablaşdırılır. Bu, yükün zədələnməməsi üçün vacibdir. Qablaşdırma prosesinə yükün hazırlanması, etiketlənməsi, gömrük bəyannaməsinin doldurulması, gömrük rüsumlarının ödənilməsi və yükün gömrük tərəfindən yoxlanılması daxildir.
Yük təhlükəsiz şəkildə yüklənib təyinat məntəqəsinə göndərilir və aviaşirkətin müəyyən etdiyi marşrut üzrə hərəkət etdirilir. Yük təyinat yerinə çatdıqdan sonra alıcı tərəfindən götürülür.