Qlobal Logistika
Tahmina2023-12-01T11:22:54+04:00Tədarük Zənciri İdarəetməsində Əsas Prinsiplər
Tədarük zənciri Tədarük zənciri məhsulların və ya xidmətlərin istehsal və təslimində iştirak edən bir çox müstəqil bölüm və ya təşkilatdan və bu bölüm və təşkilatların təsisatları, funksiyaları və fəaliyyətlərindən ibarət bir sistemdir. Tədarük zəncirinin məqsədi ən uyğun şəkildə yatırım və yüksək səviyyədə müştəri xidmətinin təmini nəticəsində rəqabətçi avantaj yaratmaqdır. Həmçinin, Hədəf- key+yyətin, qiymətin, reaksiya prosesinin və xidmətin kritik faktorlar olduğu bazar dəyişiklikləri qarşısında şirkətin varlığını təmin etməkdir. Xərc qənaətləri və satış artımlarından əldə ediləcək yararlarla daha yaxşı xidmət səviyyəsi və yüksək mənfəət əldə etməkdir.
Dünya Əməliyyatları: Beynəlxalq Nəqliyyatın Rolu
Beynəlxalq ticarət biznesin çətin sahələrindən hesab edilir. Bu sahə ilə məşğul olan iş adamları və onları maliyyələşdirən təşkilatlar, müəssisə və şirkətlər öz fəaliyyətləri zamanı hansı risklərlə qarşılaşa biləcəklərini yaxşı anlamalıdırlar. Şərti olaraq istehsal şirkətinin biznes fəaliyyətini aşağıdakı əsas mərhələlərə bölmək olar: nağd vəsait, xammal və materialların əldə edilməsi, istehsal, tələbat (satış) və satışdan ödəmələrin toplanması. Beynəlxalq ticarət və logistika beynəlxalq ticarət əməliyyatlarının və beynəlxalq yükdaşımalarının həyata keçirilməsinin təşkili və texnikası ilə bağlıdır. Bazar iqtisadiyyatı şəraitində gündən-günə geniş vüsat alan qloballaşma və inteqrasiya prosesləri beynəlxalq bazarları, mal-maddi dəyərlərin beynəlxalq alqı-satqısını, onların miqdarını, keyfiyyətini, son qiymətini, göndərilmə vaxtını, müddətini və beynəlxalq daşımalar öyrənməyi və nəticələri müvafiq biznes sahələrində praktiki olaraq tətbiq etmək bacarığına malik olan kadrlar yetişdirməkdir. Dünyada nəqliyyat inkişafı təkcə yük və sərnişin daşınma əməliyyatını yerinə yetirmir, eyni zamanda, yüz milyonlarla əhalinin işlə təmin edilməsində, quru və su hövzələrində yerləşən zəngin təbii resurslarının istehsal dövriyyəsinə cəlb edilməsində, əhalinin məskunlaşmasında, şəhər, qəsəbə, kəndlərin təşəkkül tapmasında, əsas sənaye və nəqliyyat qovşaqları, limanların inkişafında vacib iqtisadi əhəmiyyət kəsb edir.
Beynəlxalq nəqliyyat daşınmaları dedikdə, beynəlxalq müqavilələrlə müəyyənləşdirilmiş şərtlərə müvafiq olaraq, bəzi dövlətlərdə baş tutan daşınmalar başa düşülür. Beynəlxalq nəqliyyat daşınmalarının növləri: nəqliyyatın növünə görə beynəlxalq daşımaların təsnifi aşağıdakı kimidir: beynəlxalq avtomobil daşınmaları, beynəlxalq dəniz daşınmaları, beynəlxalq dəmir yolu daşınmaları, beynəlxalq hava daşınmaları, beynəlxalq su (çay) daşımaları daxildir.
Nəqliyyat daşınmalarında , ağla gələn ilk ən çox yayılmış və ən qədim üsul yol nəqliyyatıdır. Ancaq inkişaf edən texnologiya ilə qeyri -adi bir üsul ortaya çıxdı. Bu üsul hava yolu nəqliyyatıdır. Hava yolu nəqliyyatı sektorunda xidmət göstərən şirkətlər dünyanın yeddi qitəsinə ən sürətli daşınmaları təmin edir və dünyanın demək olar ki, bütün nöqtələrinə xidmət göstərə bilir. Sürətli, praktik və iqtisadi həllərin hazırlandığı hava nəqliyyatı da qapıya çatdırılma anlayışı ilə birləşdirildi və çox yüksək səviyyədə xidmət göstərilməyə başlandı.
Hava nəqliyyatı – üstünlükləri;
- Yüksək çatdırma sürəti;
- Yerdəyişmənin düzxətli olması hesabına yolun nisbətən qısaldılması;
- Yolda yükün qorunma şəraitinin yüksəkliyi;
- Digər nəqliyyat növlərinə daha yüksək servis səviyyəsi;
- Qablaşdırmanın daha sadə olması;
- Daha kiçik sığorta xərcləri (Daşınma müddəti az olduğuna görə)
Dəmiryolu nəqliyyatı isə yüklərin istənilən məsafələrə çatdırılmasını həyata keçirən nəqliyyat növüdür. Bu nəqliyyat növü ağır və böyük həcmli yüklərin daşınmasını həyata keçirir. Qeyri-qabarit yüklərin daşınması üçün xüsusi avtomabillərin cəlb olunması tələb edilirdisə, artıq Dəmir yolu ilə belə yüklərin daşınması sadə və daha tez bir müddətdə həyata keçirilir.Bu yüklər öncədən müəyyən olunmuş vaqon və platformalara yüklənilir.
Dəmir yolu daşınmalarının daha çox yayılmasına təkan verən vacib amillərdən biri də yüksək tonajlı yüklərin və artıq xərclərin olmamasıdır. nkişaf etmiş qərb dünyasının əsas nəqliyyat modellərindən ən əhəmiyyətlisi olan dəmir yolu nəqliyyatı, etibarlılığı səbəbiylə son illərdə diqqəti daha çox cəlb edən, insan asılılığını minimuma endirən bir nəqliyyat modelidir.
Avtomobil daşınmalarının pis hava şəraitində asılı olduğunu nəzərə alsaq, dəmir yolları yalnız müəyyən yüklərin deyil, bütün yüklərin daşınması üçün daha əlverişli hala gəlir.
Gömrük İşləri: Sənaye Nəqliyyatında Mühüm Faktor
Gömrük işi dövlətin gömrük siyasətini və bu siyasəti həyata keçirəcək vasitələri: mal və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhəddindən keçirilməsinin qayda və şərtlərini, gömrük ödənclərinin tutulmasını, gömrük rəsmiləşdirilməsini, gömrük nəzarətini və gömrük siyasətini həyata keçirəcək digər vasitələri (gömrük statistikası, analitik işlər və s.) özündə cəmləyir. Gömrük işi iqtisadiyyat, maliyyə, xarici ticarətin tənzimlənməsinin obyektiv mövcud mexanizmi kimi yeni eranın başlanğıcından fəaliyyət göstərmişdir. Gömrük işinin ən mühüm elementi olan gömrük tarifi iqtisadiyyatın tənzimləyicisinə çevrildi. Əvvəlcə bu, sənayeləşmənin başladığı, əmtəə-pul münasibətlərinin formalaşdığı qərb ölkələrində baş verdi.
Gömrük əməliyyatlarının əhatə etdiyi bütün xidmətlər sənaye və iqtisadiyyatın sürətli inkişafında böyük rol oynayır. Xüsusilə ölkəyə idxal olunan malların vergi dəyəri və bütovlükdə təyin olunan gömrük vergisi dövlət büdcəsinin əsas hissəsini təşkil edir.
Sürdürülebilir Loqistika: Çevrəyə Duyğulu Yaxınlıq
Logistika xərcləri minimuma endirmək və mənfəəti artırmaq üçün istehsaldan (təchizatdan) məhsulların satışına qədər proseslərin təşkili, yəni optimal həll yolunun axtarışıdır.
Əməliyyat logisti istehsal prosesinin maddi təminatını, materialların və hazır məhsulların saxlanmasını təşkil edir, həmçinin alıcılar və təchizatçılarla əlaqəni təmin edir. Ticarətin sürətli inkişafı və ölkələr arasında əlaqələrin qurulması fonunda logistlərə ehtiyac durmadan artır. Bu baxımdan logistika xidmətlərinin spektrı olduqca genişdir. Davamlı logistika CO2 emissiyaları, səs-küy çirklənməsi və qəzalar kimi vəzifələrinin ekoloji izlərini azaltmağı hədəfləyir. Bu mənada logistika təminatçıları maliyyə artımı, ətraf mühitə qayğı və ictimai sağlamlıq arasında tarazlıq axtarırlar. Qlobal İqlim Dəyişikliyi Panelinin araşdırmaları göstərir ki, qlobal istixana qazı emissiyalarının 5%-i kommersiya nəqliyyat fəaliyyətlərindən qaynaqlanır. Bu payın 60%-i avtomobil, 20%-i dəniz, 15%-i hava, 5%-i dəmir yolu nəqliyyatının payına düşür. Məsələn, e-ticarət sektorunda sifarişlər paylanarkən, sifarişi alan şəxs evdə olarsa, orta hesabla 189 qCO2 buraxılır. Sifarişi alacaq şəxs evdə deyilsə, bu məbləğ daha da artır. Müştərilərin geri qaytarılmasında geri qaytarılan sifarişlərin 40 km uzaqlıqdakı anbara çatdırılması daha çox karbon emissiyasına səbəb olur.
Anbar idarəetməsi – inventarın anbara daxil edilməsindən, əşyaların daşınmasına, satılmasına və ya istehlakına qədər anbar əməliyyatlarının prosesi, idarə edilməsi və optimallaşdırılmasıdır. Anbar modulu, məhsulların effektiv idarə edilməsini və təhlükəsiz saxlanılmasını təmin edir:
- Məhsulların qeydiyyatı, yığılması, və çıxarılması;
- Anbar səviyyələrinin təqdimatı və tənzimlənməsi;
- Təchizat sifarişlərinin avtomatlaşdırılması və izlənməsi;
- Məhsulların yerləşdirilməsi və saxlanılma düzgünlüyü;
- Tələbat və tədbirlərin təhlil edilməsi üçün məlumatların təmin edilməsi.
Loqistika Texnologiyaları: Günümüzün Ən Son İnkişafları
Logistika dar mənada əks olaraq belə şərh olunur: qablaşdırmaya, yükləmə – boşaltma işlərinə, daşınma, gömrük tənzimlənməsinə, anbarlaşmaya məsrəflərin azaldılmasına, nəqliyyat vasitəçi fəaliyyətlə bağlı xərclərin minimuma endirilməsi üzrə əməliyyatların məcmusu kimi müəyyən olunur. Amerika iqtisadçılarının fikrlərinə görə isə, «biznes logistikası» termini mövcuddur. ABŞ-da biznesin logistikası dedikdə, materialların istehsalı üçün zəruri olan daşınmanın planlaşdırılması və təşkili prosesi, müəssisə məhsulunun ti- Beynəlxalq nəqliyyat əməliyyatları 17 carət anbarlarına və ya pərakəndə şəbəkəyə daşınması, həmçinin, bu əməliyyatlar üzərində lazimi nəzarət prosesi başa düşülür. Logistikanın yuxarıda sadaladığımız müəyyənliklərini təhlil edərək göstərmək olar ki, logistika konsepsiyası hər bir halda malın daşınması üzrə nəqliyyat və digər əməliyyatların təşkili və planlaşdırılması ilə bağlı olan, müəssisənin fəaliyyətinin idarə edilməsi prosesidir.
Bir cavab yazın