• White City Business Center, 3rd floor, 8 November 25e Avenue, AZ1025, Baku
  • Bazar ertəsi - Cümə: 09:00 - 18:00
  • +994 50 250 44 32

Dəmir Yolu Daşınmaları

Dəmir Yolu Daşınmaları

Dəmiryol və intermodal xidmətlərimizə aşağıdakılar daxildir:

  • Avropa, Uzaq Şərq, Yaxın Şərq, Çin və MDB ölkələrinə / ölkələrindən 20ft, 40ft FCL & Break Toplu Xidzmətlər təşkil edilir
  • İSO standartlarına uyğun tanker konteynerlərdə dəmir, barja və quru yolu daşımaları
  • Çin ilə Avropa və Avropa ilə Orta Asiya arasında blok qatar xidməti
  • Mühafizə plombları və bar kilidləri vasitəsi ilə konteynerlərin standart təhlükəsizliyini təmin etmə
  • MDB məkanında təhlükəsizlik müşayiəti xidməti
  • Müxtəlif dəmir yolu daşınmaları üçün nəzərdə tutaln örtülü vaqonlardan, yarı vaqonlardan və konteynerlərə, kütləvi və böyük ölçülü yüklərə yararlı platformalardan istifadə olunur.
  • Dəmiryol terminalında istismar əməliyyatları və müştərinin qapısına kimi çatdırılma
  • Peşəkar yük tədqiqatı
  • Gündəlik yük izləməsi və yerləşdirmə hesabatı
  • Tanker konteynerləri
  • Soyuducu dəmir yolu nəqliyyatı

“SG Logistics” olaraq biz dəmir yolu daşınmalarını həyata keçirdiyimiz ölkələr sırasında Rusiya, Gürcüstan, Belarusiya, Ukrayna, İran, Qazaxıstan kimi ölkələr yer alır. Dəmir yolu nəqliyyatı çox vaxt kömür, neft və taxıl kimi ağır və ya həcmli yüklərin daşınması üçün istifadə olunur. Bu, həm yüklərin təhlükəsiz daşınmasına zəmanat verir, həm də dağılma, korlanma hallarının qarşısını alır. Dəmir yolu daşınmalarının digər nəqliyyat üsullarına nisbətən bir çox üstünlükləri vardır:

  • 1 - Etibarlılıq
    Digər daşınma növləri ilə müqayisədə daha təhlükəsizdir. Təhlükəli, həssas, tez sına bilən bağlamaları uzun məsafələrə göndərmək lazım gəldikdə ağla gələn digər təhlükəsiz və etibarlı daşınma növüdür, bu zaman yüklərin zərər görmə riski olmur.
  • 2 - Sabit qiymət
    Dəmir yolu daşınmaları yüklərin və ya fərdi bağlamaların daşınmasını asanlaşdırmaqla yanaşı büdcəyə uyğun qiyməti ilə də seçilir. Digər daşınma növlərindən fərqli olaraq, uzunmüddətli sabit qiymət zəmanəti mövcuddur. Kiçik və orta sahibkarsınızsa və ya tez bir zamanda logistika məsələrinizi uyğun büdcə ilə həll etmək istəyirsinizsə, seçiminizi bu dəmir yolu daşınma növü ilə edə bilərsiniz.
  • 3 - Çeviklik
    Dəmir yolu daşınma növündə nəqliyyatlar müəssisələrin ehtiyaclarını ödəmək üçün asanlıqla dəyişdirilə bilər, çünki vaqonlar tələbata uyğun olaraq asanlıqla əlavə edilə və ya istifadədən çıxarıla bilər.

Dəmir yolu daşınmaları zamanı keçdiyimiz mərhələlər aşağıdakı kimidir:

Yoxlanış:

İlk növbədə dəmir yolu ilə daşınacaq məhsullar və aviaşirkətlər arasında müzakirələr aparılır, bunun üçün əldə edilən bütün məlumatlar yoxlanılır və proses başlayır. Bu məlumatlara daşınacaq yükün növü, çəkisi, ölçüləri, vaxt qrafiki və təyinatı kimi məlumatlar daxildir.

Daşınma:

Yük dəmir yolu nəqliyyatı üçün lazımi qaydada qablaşdırılır. Bu, yükün zədələnməməsi üçün vacibdir. Hazırlıq proseslərinə yükün qablaşdırılması, daşınması və yükün gömrük bəyannaməsinin doldurulması, gömrük rüsumlarının ödənilməsi və yükün gömrük tərəfindən yoxlanılması daxildir.

Təhvil-Təslim:

Yük əvvəlcədən müəyyən edilən marşrut üzrə hərəkət etdirilir və yük təhlükəsiz şəkildə təyinat məntəqəsinə çatdırılır. Yük təyinat yerinə çatdıqdan sonra alıcı tərəfindən götürülür.