SG Logistics Şirkəti Yerli Şirkətlərin Sərgisində Uğurla İştirak Etmişdir.
SG Logistics şirkəti 08-10 İyun tarixlərində “Baku Crystal Hall”da “Heydər Əliyev və Azərbaycan sahibkarlığı” mövzusunda keçirilmiş yerli şirkətlərin sərgisində iştirak etmişdir. 150-dən çox yerli şirkətin məhsul və xidmətlərinin təqdim olunduğu sərgidə SG Logistics şirkətinin stendi ziyarətçilər tərəfindən böyük maraqla qarşılanmış və ziyarətçi şirkətlərin nümayəndələri ilə beynəlxalq daşımaçılıq sahəsi üzrə geniş müzakirələr aparılaraq tərəfdaşlıq imkanları nəzərdən keçirilmişdir. SG Logistics şirkəti ölkənin aparıcı logistika şirkəti olaraq beynəlxalq yük daşımaları həyata keçirməklə ölkəmizin və regionumuzun biznes mühitinə öz töhvəsini verməkdədir. Ardıcıl olaraq təşkil edilən sərgilərdə iştirakımız bu missiyamıza sadiqliyimizin bariz nümunəsidir.
Bir cavab yazın