Дорожный Транспорт
“Quru yolu ilə daşınma nədir?” sualın cavabı budur ki, məhsullar götürüldüyü yerlə təhvil verildiyi yer arasında heç bir köçürmə tələb olunmadan müvafiq nəqliyyat vasitələri ilə müəyyən edilmiş vaxt çərçivəsində təyinat məntəqəsinə çatdırılır. Quru yolu ilə daşınma xidmətlərində milli və beynəlxalq qaydalar, gömrük mərkəzləri və qaydaları, alternativ yollar və terminallar mühüm əhəmiyyət kəsb edir. Quru yolu daşınması zaman məhsul və bağlamalar göndərici ilə alıcı arasında protokol tərtib edilərək müvafiq ünvana çatdırılır.

Quru yolu yük daşınmaları xidmətlərimizə: yüklərin yığılması və sinxron qaydada yerləşdirilməsi (JIT), LTL, FTL və toplu yüklərin daşınması, gömrük rəsmiləşdirilməsi və gömrük müşayiət xidməti, layihə yüklərinin xüsusi nəqli, təhlükəli və tez xarab olan malların daşınması, müqavilə əsasında logistika xidməti, satınalma, qlobal sistem vasitəsilə yük hərəkərinin izlənməsi və s. aiddir.
“SG Logistics”-lə bu xidmətin aşağıdakı üstünlüklərini sizə təqdim edirik:
Hava nəqliyyatı ilə müqayisədə quru yolu ilə daşınmanın dəyəri daha aşağıdır. Daşınan məhsulların hər hansı zədələnmə, aşınma və ya itmə ehtimalına qarşı sığorta ilə təmin edilir. Bu logistika növü zamanı məhsulun yüklənməsi və boşaldılması çox vaxt aparan proses deyildir.
Quru yolu daşınma növü ilə məhsulunuzu uzaq nöqtələrə göndərmək mümkündür. Bu növ daşınmanın üstünlüklərini saymaqla bitməz. İstədiyiniz zaman məhsulunuz üçün uyğun təyinat nöqtəsi tapmaq imkanınız var. Sizin sifarişinizin həcmindən asılı olmayaraq çatdırılmalar tez və vaxtında baş tutur.
Daşınma zamanı nəqliyyat gözləmək kimi vaxt itkiləri quru yolu ilə daşınma növündə mövcud deyil. Dəmiryolu daşınma zamanı maşinistə zəng edə bilməzsiniz, ancaq bu logistika növündə sürücü ilə şəxsən əlaqə saxlaya bilərsiniz.
Quru yolu daşınmaları zamanı keçdiyimiz mərhələlər aşağıdakı kimidir:
Planlama:
Qablaşdırma:
Təslimat: